Almaniyada kilsədə dəm qazı sızdı: 19 nəfər zəhərləndi
Far.Az xəbər saytı

Almaniyada kilsədə dəm qazı sızdı: 19 nəfər zəhərləndi


Almaniyanın Bavariya əyalətində yerləşən kilsələrdən birində dəm qazı sızması nəticəsində 19 nəfər zərər çəkib. Onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

Far.Az xəbər verir ki, hadisə Allqoy bölgəsinin Bad-Qrönenbax şəhərində qeydə alınıb.

"Blue News"un məlumatına əsasən, hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Ərazidə genişmiqyaslı xilasetmə tədbirləri həyata keçirilib.

İlkin ehtimallara görə, dəm qazının yayılmasına kilsənin istilik sistemində yaranan texniki nasazlıq səbəb olub.

Zərərçəkənlərə tibbi yardım göstərilir. Hadisənin dəqiq başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
76 yaşlı aktyorun evində beyninə qan sızdı - Vəziyyəti ağırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər