"BepiColombo" kosmik aparatı Merkurinin orbitinə daxil olub
Far.Az xəbər saytı

"BepiColombo" kosmik aparatı Merkurinin orbitinə daxil olub


Avropanın "BepiColombo" kosmik aparatı təxminən altı milyard mil (10 milyard km) məsafə qət edərək səkkiz illik səyahətdən sonra Merkurinin orbitinə daxil olub.

"Far.Az"un BBC-yə istinadən məlumatına görə, bu barədə Avropa Kosmik Agentliyi (ESA) xəbər verib.

ESA və Yaponiya Kosmik Agentliyi (JAXA) arasında birgə layihənin məqsədi Günəş sistemində ən az tədqiq olunmuş planetlərdən birini - temperaturu 430-180 dərəcə Selsi arasında dəyişən Merkurini öyrənməkdir. Alimlər xüsusilə qütb kraterlərindəki sirli buzlara, səthdəki qeyri-adi çökəkliklərə və planetin nəhəng metal nüvəsinə diqqət yetirəcəklər.

Gəmidə iki kosmik aparatın olduğu bildirilir; onlar Merkuriyə çatdıqdan bir neçə həftə sonra ayrılacaq. ESA aparatı səthi yaxından araşdıracaq, digəri - JAXA-ya məxsus aparat isə planeti daha uzaq məsafədən müşahidə edəcək.

Tədqiqatçılar Günəşə bu qədər yaxın olan planetdə buzun niyə qaldığını, eləcə də mənşəyi hələ də sirr olaraq qalan minlərlə dayaz çökəkliyin necə əmələ gəldiyini kəşf etməyə ümid bəsləyirlər.

"BepiColombo" birgə missiyası 2018-ci ildə Fransa Qvianasındakı kosmodromdan buraxılıb. Kosmik aparat Merkuriyə çatmaq üçün Yer kürəsinin bir, Veneranın iki və planetin özünün altı dəfə ətrafından keçib. Səyahət hərəkət sistemindəki texniki problemlərə görə planlaşdırıldığından bir il uzun davam edib.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər