Alimlər ömrü 10 il qısaldan beş amili müəyyən ediblər
Far.Az xəbər saytı

Alimlər ömrü 10 il qısaldan beş amili müəyyən ediblər


Massaçusets Tibb Cəmiyyətinin alimləri ömür müddətini əhəmiyyətli dərəcədə azalda biləcək amilləri müəyyən ediblər.

Far.Az xəbər verir ki, bunlara yüksək qan təzyiqi, yüksək xolesterin, şəkərli diabet, siqaret çəkmə, artıq və ya az çəki daxildir.

Eyni zamanda, tədqiqatda iştirak edən 50 yaşlı qadınlar ömürlərini 14 il, kişilər isə demək olar ki, 12 il uzada biliblər. Siqareti tərgitməyin gözlənilən ömür uzunluğuna ən çox təsir etdiyi bildirilib.

Alimlər 47 il ərzində tədqiqat iştirakçılarını izləyiblər. "New England Journal of Medicine" jurnalı xəbər verir ki, burada 39 ölkədən 18 yaşdan yuxarı iki milyondan çox adam iştirak edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər