Beyni 10 yaşa qədər cavanlaşdıran üsul tapılıb
Kolumbiya Universitetinin tədqiqatçılarının fikrincə, smartfonda internetə çıxışın cəmi iki həftə məhdudlaşdırılması beyni on il cavanlaşdıra bilər.
Far.Az xəbər verir ki, nəticələr PNAS Nexus jurnalında dərc olunub.
Təcrübədə ABŞ və Kanadadan 400-dən çox insan iştirak edib. Onlardan zəng və SMS etmək imkanlarını saxlamaqla, telefonda interneti tamamilə bloklayan proqram quraşdırmaq tələb olunub. Cəmi iki həftədən sonra könüllülərin konsentrasiya qabiliyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb - bu, 10 yaş cavan insanların səviyyəsinə bərabər olub.
Bundan əlavə, iştirakçıların 90 faizi psixo-emosional vəziyyətlərinin yaxşılaşdığını qeyd edib.
İnsanlar daha tez-tez gəzməyə, şəxsən ünsiyyət qurmağa və təbiətdə istirahət etməyə başlayıb və gündəlik ekran vaxtı demək olar ki, yarıya qədər azalıb.
Müəlliflər qeyd edirlər ki, şəbəkəyə daimi qoşulmadan hətta qismən imtina etmək diqqətə, əhval-ruhiyyəyə və ümumi rifaha müsbət təsir göstərir. Gələcəkdə alimlər konkret proqramların – məsələn, yalnız sosial şəbəkələrin – bloklanmasını sınaqdan keçirməyi və planşet və noutbuk kimi digər rəqəmsal cihazların bloklanmasının beyinə necə təsir etdiyini öyrənməyi planlaşdırır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alimlər: Smartfonlardan müvəqqəti imtina beyini 10 il cavanlaşdıra bilər
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













