Moskvada ilin temperatur rekordu yeniləndi
Far.Az xəbər saytı

Moskvada ilin temperatur rekordu yeniləndi


2025-ci ilin əvvəlindən bəri Moskvada ən isti gün 4 aprel olub.

Far.Az xəbər verir ki, bu barədə hava proqnozları mərkəzi "Fobos"un mütəxəssisi Mixail Leus özünün Telegram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, VDNX əsas meteoroloji stansiyasının qeydlərinə əsasən, saat 13:00-a olan məlumata görə havanın temperaturu +16,5°C-ə qalxıb. Bu, əvvəlki lider olan 31 martın temperaturundan yarım dərəcə yüksəkdir və may ayının ilk günlərinin iqlim norması ilə uyğunluq təşkil edir.

Leus bildirib ki, saniyədə 16 metrə çatan küləyə baxmayaraq, temperatur bir qədər də arta bilər. Lakin 5 aprel şənbə günü hava yenidən soyuyacaq, temperatur martın ortası səviyyəsinə düşəcək.

Xatırladaq ki, əvvəlki temperatur rekordu 31 martda qeydə alınmışdı – həmin gün havanın temperaturu +14°C olmuşdu.

Oxşar xəbərlər

Mart ayına olan hava proqnozu AÇIQLANDI
Mart ayında hava iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Aprel ayında Bakıda hava 30 dərəcəyədək isti olacaq
Azərbaycanda aprel ayına olan hava proqnozu açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər