TIME jurnalından Bodruma böyük diqqət – "Dünyanın ən heyrətamiz yerləri" siyahısında yer aldı
Amerikanın nüfuzlu TIME jurnalı, 2025-ci il üçün hazırladığı "Dünyanın ən heyrətamiz yerləri" siyahısını açıqlayıb.
BAKU.WS cnntürk-ə istinadən xəbər verir ki, səyahət, mətbəx, mədəniyyət və innovasiya sahələrində fərqlənən 100 unikal məkanın daxil edildiyi bu siyahıda Türkiyə də təmsil olunub.
TIME jurnalı bu ilki seçimində yalnız təbiət gözəlliklərini deyil, həm də mədəni zənginlik, davamlı turizm və yenilikçi təcrübələr təqdim edən məkanlara üstünlük verib. Siyahıda Cənubi Amerikadan Asiyaya, Avropadan Afrikaya qədər geniş coğrafiyadan maraqlı destinasiyalar yer alıb.
Türkiyəni bu siyahıda təmsil edən məkan isə Bodrumdakı Maxx Royal Bodrum oteli olub. Otel yalnız dəbdəbəli istirahət imkanları ilə deyil, həm də davamlılıq baxışı və özünəməxsus memarlığı ilə diqqət çəkərək beynəlxalq səviyyədə tanınıb.
Digər seçilən məkanlar arasında Perunun Lima şəhərindəki AWA restoranı, Amazon mətbəxini müasir tərzdə təqdim etməsi ilə fərqlənib. Zimbabvedə Viktoriya şəlalələri yaxınlığında yerləşən Mbano Manor Hotel, yerli mədəniyyətlə lüksü birləşdirməsi ilə seçilib. ABŞ-ın Arizona ştatındakı Flagstaff bölgəsi, Lowell Rəsədxanası ilə bənzərsiz səma müşahidəsi təcrübəsi təqdim edir. Fransanın paytaxtı Parisdə isə yenidən ziyarətə açılan Notre Dame Katedrali, tarixi irsin dirçəlişini simvolizə etdiyi üçün siyahıya daxil edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bodrum sahillərində zəlzələ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













