Türk reper saxlanıldı
Far.Az xəbər saytı

Türk reper saxlanıldı


"Massaka" ləqəbli türkiyəli rep ifaçısı Murat İlhan İtaliyada həbsdə olan Barış Boyunun rəhbərlik etdiyi cinayət təşkilatını tərifləyən video yayımladığı üçün saxlanılıb.   

Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat ölkənin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib.

Reper Massaka sonrakı prosedurlar üçün İstanbul Polis İdarəsinə aparılıb. Hazırda polis bölməsinə aparılan Murat İlhanla bağlı istintaq davam edir.      

Qeyd edək ki, Barış Boyun 1984-cü ildə anadan olub. İstanbulun Beyoğlu şəhərində məhəllə dəstəsi kimi fəaliyyət göstərən təşkilatın cinayət fəaliyyəti sonradan beynəlxalq əlaqələrə də keçib. Təşkilat motosiklet sui-qəsd qrupu tərəfindən törədilən qətllərlə tanınır.

Beynəlxalq qırmızı bülletenlə axtarışa verilən Barış Boyun İtaliyada həbsxanada saxlanılır.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Yorğa atların respublika çempionatı və cıdır mövsümü ilə əlaqədar yarışlar keçirilib
Hədə, yoxsa şou? - Trampa ikinci sui-qəsd cəhdinin qaranlıq məqamları - ANALİZ
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər