"Game of Thrones"un canavarlarını diriltdilər - 12 min il əvvəl nəsli kəsilmişdi
Far.Az xəbər saytı

"Game of Thrones"un canavarlarını diriltdilər - 12 min il əvvəl nəsli kəsilmişdi


ABŞ-nin biotexnologiya şirkəti "Colossal Biosciences" 12 min ildən çox əvvəl nəsli kəsilmiş qorxunc canavar növünü dirildib.

BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, şirkət nəsli kəsilmiş heyvanların dirçəldilməsi missiyasında irəliləyiş əldə edib.

"Colossal Biosciences" şirkəti "Game of Thrones" serialı ilə məşhurlaşan üç canavar yaradıb.

Bildirilir ki, bu növə 12 min ildən artıqdır ki, Yer kürəsində rast gəlinmir.

Bu layihəni həyata keçirmək üçün şirkət 72.000 illik kəllə, 13.000 illik diş və boz canavar hüceyrələrindən DNT nümunələrindən istifadə edib.     

Fərdlərin təxminən 63,5 kq ağırlığında olacağı gözlənilir. Cəmi üç canavar - iki erkək və bir dişi doğulub.

Qardaşlar, Romulus və Remus, dişi isə "Game of Thrones" personajından sonra Khaleesi adlandırılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vəhşi heyvanların yetişdirilməsi ilə bağlı təsərrüfat subyektlərinin vəzifələri müəyyənləşib
Dekabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər