ABŞ İrana hücum edəcəkmi?
ABŞ ilə İran arasında mövcud gərginlik qlobal münaqişəyə çevrilə bilər.
Far.Az xəbər verir ki, bu barədə İndoneziya Prezidenti Prabovo Subianto "Kompas" nəşrinin "YouTube" kanalında yayımlanan müsahibəsində danışıb.
Onun sözlərinə görə, hazırda dünya təhlükəli hegemonluq mübarizəsinin mərkəzindədir və bu vəziyyət Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilər.
"Hazırda qlobal qeyri-sabitlik dövrünü yaşayırıq. Bu, dünyanın hegemonluğu uğrunda təhlükəli mübarizədir və nəticədə üçüncü dünya müharibəsinə səbəb ola bilər. Mən zarafat etmirəm. Amerika İrana hücum etməyə hazırdır, Rusiya isə bildirir ki, İrana hücum etsəniz, mənimlə - Rusiya ilə qarşılaşacaqsınız", - prezident vurğulayıb.
O qeyd edib ki, İndoneziyanın hərbi alyanslara qoşulmamaq mövqeyi məntiqlidir, lakin nüvə silahından istifadə ediləcəyi halda bu neytrallıq ölkəni xilas etməyəcək. Bu səbəbdən Subianto beynəlxalq ictimaiyyəti birgə hərəkət etməyə və müasir çağırışlara birlikdə qarşı durmağa çağırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp martın 7-də İranın Ali Rəhbəri Ayətullah Əli Xameneiyə nüvə proqramı ilə bağlı danışıqlar üçün məktub göndərdiyini açıqlayıb. Ayın sonuna doğru İranın xarici işlər naziri Abbas Əraqçi bu məktuba Oman vasitəsilə cavab göndərildiyini bildirib.
Martın 30-da Tramp əgər danışıqlardan nəticə əldə olunmasa, İrana qarşı əlavə tariflərin tətbiq ediləcəyini bəyan edib və razılaşmadan tamamilə imtina edəcəyi halda Tehranı misli görünməmiş bombardmanlar həyata keçirməklə hədələyib. Son məlumata görə, tərəflər 12 aprel tarixində Omanda danışıqların ilk raundunun keçirilməsi barədə razılığa gəliblər.
Görüşdə İran tərəfini Abbas Əraqçi, ABŞ-ni isə Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABŞ İndoneziya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırır
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Blinken: Çin Rusiyanı Ukraynaya qarşı nüvə silahından istifadə etməkdən çəkindirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













