Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən, eləcə də bütün təminat növləri ilə tam təmin olunduqdan sonra plana uyğun məşğələlərə cəlb olunurlar.
Təlim toplanışı zamanı iştirakçılarla maarifləndirici söhbətlər aparılacaq, onlara təhlükəsizlik qaydaları çatdırılacaq və sıra hazırlığı üzrə məşğələlər təşkil olunacaq.
Toplanışda, həmçinin hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədiləcək, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdiriləcək.
Tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyətlə çöl şəraitində keçiriləcək məşğələlərdə iştirakçılar Azərbaycan Ordusunun arsenalında olan müasir silah və texnika ilə tanış olacaq, onların döyüş tətbiqini öyrənəcək, həmçinin bölmələrimizin silahlanmasında olan atıcı silahlardan döyüş atışları icra edəcəklər.
Keçirilən toplanışlarda əsas diqqət hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.
Qalereya
Oxşar xəbərlər
Hərbi vəzifəlilərin təlim toplanışı başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir
Hərbi xidmətlə bağlı qanuna dəyişikliklər Ordunun müdafiə qabiliyyətini gücləndirəcək - ŞƏRH
Hərbi vəzifəlilərlə praktiki atış çalışmaları icra edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır













