Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
BƏƏ ABŞ, İsrail və İran arasındakı münaqişənin diplomatik yolla həlli üçün mübarizə aparmağa davam edir.
"Report"un məlumatına görə, bu barədə BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş "X" sosial şəbəkəsində yazıb.
"Biz bu müharibəyə can atmamışıq və ondan qaçmaq üçün səylər göstərmişik. Fars körfəzinin ərəb ölkələri ilə İran arasındakı münasibətlər xalqları dərin tarixi köklərlə bağlı olan bölgədə qarşıdurma və münaqişə üzərində qurula bilməz", - paylaşımda bildirilir.
Ə.Qarqaş dövlətin təhlükəsizliyini və suverenliyini qorumağın BƏƏ-nin müqəddəs vəzifəsi olduğunu vurğulayaraq, Əbu-Dabinin ABŞ Prezidenti Donald Trampın Çinə səfərini və bunun Fars körfəzindəki hadisələrə mümkün təsirini yaxından izlədiyini qeyd edib. "Bu kontekstdə BƏƏ bütün əlaqələrində müdafiə etdiyi siyasi həllin (münaqişənin - red.) və danışıqların vacibliyini bir daha təsdiqləyir", - müşavir fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq, bir neçə şəhərə hava hücumları təşkil edib. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib.
Aprelin 8-ə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər, ABŞ Prezidenti Donald Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar keçirilib, lakin nəticəsiz başa çatıb.
ABŞ Tehrana təzyiq tədbiri olaraq İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya aldığını elan edib. İran da öz növbəsində boğazın Fars körfəzinə gedən gəmilər üçün bağlandığını elan edib. Bölgədəki vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb













