Məşhur aktyorun keçmiş futbolçu atası 83 yaşında vəfat etdi
Far.Az xəbər saytı

Məşhur aktyorun keçmiş futbolçu atası 83 yaşında vəfat etdi


"Qızıl Qlobus" mükafatlı aktyor Kolin Farrelə ağır itki üz verib. 

BAKU.WS xəbər verir ki, aktyorun 83 yaşlı İmon Farrel dünyasını dəyişib.

Keçmiş futbolçu olan İmon İrlandiyanın Dublin şəhərindəki "Beaumont" xəstəxanasında vəfat edib. O uzun müddət adı açıqlanmayan xəstəlikdən əziyyət çəkib. 

"Atam çox mərdliklə mübarizə apardığı xəstəliyə qalib gələ bilmədi və gözlərimizin önündə canını tapşırdı" - deyə Farrel qeyd edib. 

Aktyorun atası aprelin 12-də keçiriləcək yas mərasimindən sonra dəfn ediləcək. 

Xatırladaq ki, Kolin sonuncu dəfə SAG mükafatlarının təqdimat mərasimində "Ən yaxşı kişi aktyor" nominasiyasında qalib olub.

Aktyor çıxışı zamanı atası İmona və anası Ritaya dərin minnətdarlığını bildirmişdi. 

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zərdabda dəfn zamanı dirilən Səriyyə: "İki mələk mənə dedi ki..."
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər