Far.Az xəbər saytı
Far.Az xəbər saytı
Sabirabadda qadın qətlə yetirilib, 17 yaşlı oğlan saxlanılıb - YENİLƏNİB
Far.Az report-a istinadən xəbər verir ki, araşdırma zamanı 2007-ci il təvəllüdlü Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
*** 16:25
Sabirabad rayonunda qadın qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı oğlan saxlanılıb.
Far.Az xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Bildirilib ki, avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
"Cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib. Araşdırma aparılır", - məlumatda qeyd olunub.
Far.Az
Oxşar xəbərlər
Sabirabadda 49 yaşlı qadın qətlə yetirilib, 17 yaşlı oğlan saxlanılıb - YENİLƏNİB
Sabirabadda 49 yaşlı qadın qətlə yetirilib, 17 yaşlı oğlan saxlanılıb
Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB
Mingəçevirdə 45 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb - YENİLƏNİB
Bakıda ərinin bıçaqladığı qadın iki gün sonra ölüb, cinayət işi başlanılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"
-
ADSEA intensiv yağışlar zamanı su toplantısının qarşısını almaq üçün tədbirlər görür
-
Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
-
Türkiyə gözəli bu səbəbdən ölkəsini tərk etdi













