Şimali Koreyanın ən böyük hərbi gəmisinin peyk görüntüləri yayılıb
Far.Az xəbər saytı

Şimali Koreyanın ən böyük hərbi gəmisinin peyk görüntüləri yayılıb


Peyk görüntüləri Şimali Koreyanın indiyə qədər istehsal etdiyi ən böyük və müasir hərbi gəmini nümayiş etdirib.

Far.Az haberler.com-a istinadən xəbər verir ki, 140 metr uzunluğunda olan idarəolunan raketlərlə təchiz edilmiş freqatın Nampo gəmiqayırma zavodunda inşa olunduğu məlum olub. Analitiklər gəminin silah sistemlərinin hələ tam qurulmadığını, lakin müasir şaquli raket buraxılış qurğuları və radarlarla təchiz ediləcəyini bildirir.

Rusiya tərəfindən texnoloji dəstək göstərildiyi ehtimal olunur ki, bu da ABŞ və müttəfiqlərində narahatlıq doğurur. Gəmi Şimali Koreyanın dəniz qüvvələrindəki digər gəmilərdən iki dəfə böyükdür və Pxenyanın hərbi modernləşdirmə səylərinin bir hissəsi kimi qiymətləndirilir.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması qaydası təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər