İraqda güclü qum FIRTINASI – Yüzlərlə insan zərər çəkib
Far.Az xəbər saytı

İraqda güclü qum FIRTINASI – Yüzlərlə insan zərər çəkib


İraqın mərkəzi və cənub bölgələrinə güclü qum fırtınası baş verib.

Far.Az-in məlumatına görə, yerli səhiyyə qurumlarının verdiyi məlumata görə, təbii hadisə nəticəsində 1800-dən çox insan tənəffüs problemləri səbəbindən zərər çəkib.

Müsənna vilayətində 700-dən çox insan boğulma şikayəti ilə xəstəxanalara müraciət edib. Nəcəf vilayətində isə bu səbəbdən 250-dən çox insan xəstəxanaya yerləşdirilib.

Qum fırtınası həmçinin Nəcəf və Bəsrə hava limanlarının fəaliyyətinə də ciddi təsir göstərib – uçuşlar dayandırılıb.

BMT-nin məlumatına əsasən, İraq iqlim dəyişikliyinin təsirlərindən ən çox zərər görən ilk beş ölkə sırasında yer alır. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, regionda qum fırtınalarının tezliyi və intensivliyi gələcəkdə daha da arta bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər