Cəlilabaddan olan yeddi məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq
Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən Cəlilabad məktəblərini 2023-2024-cü tədris ili üzrə bitirən 7 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq.
“Far.Az”un Muğan bürosunun məlumatına görə, həmin tələbələrdən 2 nəfəri Cəlilabad şəhər 1 nömrəli məktəb liseyi, 1 nəfər Adnalı tam orta, 1 nəfər Sabirabad kənd 1 nömrəli tam orta, 1 nəfər isə Çünzəli kənd tam orta və 1 nəfər Üçtəpə kənd tam orta məktəbin məzunlarıdır.
Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub. Eyni zamanda 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində universitetin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.
Oxşar xəbərlər
Biləsuvardan olan 11 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq
Qarabağ Universitetinə 980 nəfər qəbul olub
Qarabağ Universitetinə 1104 nəfər qəbul olub
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
-
Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq













