Mərkəzi Bank 5 BOKT-nun vəzifəli şəxslərini cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) beş bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib.
“Report”un məlumatına görə, cərimə edilən təşkilatlar arasında "Caspian Finance BOKT" MMC, “Finca Azerbaijan”, “FinEx Kredit”, “Kəpəz” BOKT MMC və “TCF” BOKT ASC yer alır.
Bildirilir ki, bu təşkilatlarda “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsi və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələbləri pozulub.
İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq, "Caspian Finance BOKT" MMC, “Finca Azerbaijan” və “FinEx Kredit”in hər birində bir vəzifəli şəxs 1 500 manat, “Kəpəz” BOKT MMC və “TCF” BOKT ASC-nin bir vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimə olunub.
Oxşar xəbərlər
Mərkəzi Bank bir neçə BOKT-un vəzifəli şəxsini cərimələyib
Azərbaycan Mərkəzi Bankı "Paşa Bank"ın vəzifəli şəxsini cərimələyib
Mərkəzi Bank “Paşa Bank”ın vəzifəli şəxsini cərimə edib
Azərbaycanda iki valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib
Məhkəmə “Səhiyyə TV”-ni cərimələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI













