Əfv sərəncamı neçə məhbusa şamil oluna bilər? - AÇIQLAMA
"Bu günə kimi Əfv Komissiyasının 6 iclası keçirilib və 700-ə qədər müraciətə baxılıb. Geniş müzakirələr şəraitində komissiya öz işini davam etdirir. Qarşıda növbəti iclasımız gözlənilir".
Bu sözləri Far.Az-ə açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, iclaslar başa çatandan sonra Əfv Komissiyasında qəbul edilmiş bütün rəylər cənab Prezidentə təqdim olunacaq:
"Cəmiyyətin əfv gözləntiləri getdikcə daha da böyüyür. Amma əfvlə bağlı sərəncamın nə vaxt imzalanacağı və kimlərin ola daxil olacağı cənab prezidentin konstitusion səlahiyyətləri çərçivəsində öz həllini tapacaq. Komissiyanın heç bir üzvü əvvəlcədən siyahıda kimlərin adının olub-olmayacağını bilmir. Komissiya sadəcə öz rəyini təqdim edir və son qərarın verilməsi isə dövlət başçısının səlahiyyətlərinə aiddir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













