Far.Az xəbər saytı
Far.Az xəbər saytı
Zaur Mirzəyev Şuşada yaşayıb-yaratmağın sevincini bölüşdü: "Möhtəşəm əsərlər olacaq"
Hazırda Şuşada yaşayıb-yaradan rəssam Zaur Mirzəyev doğma şəhərə qayıdışın onun həyatında və yaradıcılığında xüsusi önəm daşıdığını deyir.
Baku TV-nin xəbərinə görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, 2020-ci ildəki tarixi qələbədən sonra Şuşaya qayıdaraq burada məskunlaşıb və fəaliyyətini doğma yurdunda davam etdirir.
Rəssamın sözlərinə görə, Şuşanın təbiəti, ab-havası sənət adamına xüsusi ilham verir:
"Bakıda emalatxanaya girib işləyirdinsə, burada təbiətin özü rəssama mövzu verir".
Zaur Mirzəyev onu da bildirib ki, hazırda yeni eskizlər üzərində çalışır və qarşıdakı illərdə Şuşadan ilhamlanaraq daha möhtəşəm əsərlər ortaya qoymağı planlaşdırır.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Böyük Qayıdışın ilk ünvanı olan Ağalıya növbəti köç karvanı çatıb
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
İsrailin Livana hücumları nəticəsində azı 19 nəfər ölüb - YENİLƏNİB
-
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb













