Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb.
"Far.Az" xəbər verir ki, bu fikirlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı yazdığı məqalədə öz əksini tapıb.
S. Əliyeva qeyd edib ki, sözügedən yanaşma Azərbaycanın hüquqi inkişaf strategiyasının əsasını təşkil edib və bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi davam etdirilir:
"Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda qanunun aliliyinin təmin olunması, hüquq sisteminin müasirləşdirilməsi və insan hüquqlarının qorunması istiqamətində fundamental addımlar atılmışdır. Xüsusilə müstəqillik dövründə qəbul edilən Konstitusiya və bir sıra mühüm qanunvericilik aktları ölkəmizdə demokratik idarəetmənin və hüquqi mexanizmlərin formalaşmasına güclü təkan vermişdir".
O həmçinin vurğulayıb ki, Heydər Əliyevin irsi fikir və söz azadlığının təmininə, eyni zamanda, yaşamaq hüququ kimi fundamental hüquqi dəyərin qorunmasına böyük töhfə verib, mətbuat üzərində senzuranın ləğvi və ölüm hökmünün aradan qaldırılması bu hüquqların qorunmasına xidmət edib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
-
İsrailin Livana hücumları nəticəsində azı 19 nəfər ölüb - YENİLƏNİB
-
ABŞ Hörmüz boğazında 58 ticarət gəmisinin istiqamətini dəyişdirib
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu













