Tramp Fələstin dövlətini tanıyacaq? – İsrail mediasından diqqətçəkən iddia
Far.Az xəbər saytı

Tramp Fələstin dövlətini tanıyacaq? – İsrail mediasından diqqətçəkən iddia


İsrail mediası ABŞ Prezidenti Donald Trampın Fələstin dövlətini tanıya biləcəyi barədə yayılan iddialarla bağlı yeni məlumatlar dərc edib. Məlumata görə, İsrail Baş naziri Benyamin Netanyahu bu iddiaların ciddi qəbul edilməməli olduğunu bildirib.

Far.Az İsrailin "i24 News" kanalına istinadən xəbər verir ki, Netanyahu İsrail Parlamentinin (Knesset) Xarici Əlaqələr və Müdafiə Komitəsinin qapalı iclasında Tramp ilə münasibətlərinin pozulduğu iddialarını təkzib edib. O, bu xəbərlərin ABŞ-nin İsraildəki səfiri Mayk Hakkabi tərəfindən də yalanlandığını qeyd edib.

Netanyahu həmçinin Tramp ilə daimi əlaqədə olduqlarını və bir çox məsələdə eyni baxış bucağını paylaşdıqlarını vurğulayıb.

Bundan əvvəl İsrail mediasında Trampın Netanyahu ilə əlaqələrini kəsdiyi və onunla "oyun oynadığına" dair şübhələrinin yarandığı iddia olunmuşdu.

Baş nazir Fələstin dövlətinin tanınması ilə bağlı xəbərlərə də münasibət bildirərək deyib: "Fələstin dövlətinin qurulacağına dair ciddi bir açıqlamanın veriləcəyini düşünmürəm, bu, sadəcə siyasi oyundur".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər