Süni intellekt gözün tor qişasındakı hüceyrələrin skan edilməsini 100 dəfə sürətləndirib
Duke Universitetinin biotibbi mühəndisləri süni intellekt əsasında çalışan və tor qişa hüceyrələrinin görüntülənməsini 100 dəfə sürətləndirən yeni sistem - DCAOSLO təqdim ediblər.
Far.Az xəbər verir ki, tədqiqat Science Advances jurnalında dərc olunub.
Tor qişa - gözün arxa hissəsində yerləşən və görmə siqnallarını beyinə ötürən hüceyrə qatıdır. Onun dəqiq görüntülənməsi Alzheimer və skleroz kimi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına şərait yaradır.
Ənənəvi AOSLO sistemi yüksək dəqiqlik tələb etdiyindən baha və çətin prosedurdur. Gecikmələrin və xəstə narahatlığının qarşısını almaq üçün alimlər Deep-Compressed AOSLO (DCAOSLO) adlı alternativ sistem hazırlayıblar. Bu sistem az sayda proyeksiyadan məlumat toplayır və görüntünü süni intellekt alqoritmləri vasitəsilə bərpa edir.
Yenilik mikrogüzgülərdən istifadə edir və sadəcə iki sensorla 12 sensorlu sistemin işini təqlid edir. Sınaqlar göstərib ki, bu metod həm sağlam, həm də xəstə insanlarda fotoreseptor hüceyrələrini və damarları dəqiq şəkildə vizuallaşdırır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alimlərdən ŞOK AÇIQLAMA: Alzheimer xəstəliyi atadan keçə bilir
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













