Peskov İstanbul danışıqlarının niyə məhz 15 mayda baş tutacağının səbəbini açıqlayıb
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçiriləcək danışıqların 15 may tarixində baş tutması qərarı Prezident Vladimir Putinin şəxsi təşəbbüsü ilə qəbul edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, jurnalist Pavel Zarubinin bu tarix seçiminin səbəbləri ilə bağlı sualına qısa cavab verərək, "Belə qərarı prezident verdi", – deyə bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə əvvəlcədən heç bir şərt qoyulmadan birbaşa danışıqlara başlamağı və bu görüşün 15 mayda İstanbulda keçirilməsini təklif etmişdi.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlarda iştirak edib-etməyəcəyi barədə məlumat verməyib. Kreml eyni zamanda danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibini açıqlamaqdan da imtina edib.
Bundan əvvəl ABŞ danışıqlarda Rusiya prezidenti Vladimir Putinin və ABŞ prezidentinin iştirak edəcəyinə ümid etdiyini bildirmişdi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Trampın Putin və Zelenski ilə söhbəti - regional və qlobal sülhə artan ümidlər - ŞƏRH
"ABZASMEDiA"nın GÖRÜNMƏYƏN ÜZÜ: yarımmilyonluq qrant, qaçaq pullar, məxfi hesablar və s...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq













