Prezident FHN-in 20 illik yubiley medalının təsis olunmasını təsdiqləyib
Far.Az xəbər saytı

Prezident FHN-in 20 illik yubiley medalının təsis olunmasını təsdiqləyib


Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalının təsis olunacaq.

BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, yubiley medalı ilə Azərbaycanın fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif ediləcəklər.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna dəyişiklik edilməsi təklif olunur
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər