Naxçıvanda 137 namizəd müəllim adını qazanıb
Far.Az xəbər saytı

Naxçıvanda 137 namizəd müəllim adını qazanıb


Naxçıvanda bu il ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi kabinetlərinə göndərilib.

APA xəbər verir ki, müsabiqədə iştirak edən namizədlərdən 137-si müəllim adını qazanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasıı Təhsil Nazirliyinin təşkilatçılığı ilə hər bir namizədə bərabər imkanlar yaradılmaqla və şəffaflıq təmin edilməklə keçirilən müsabiqənin test mərhələsinə 1667 namizəd dəvət olunmuş, onlardan 1341-i (80.4 faizi) imtahanda iştirak etmişdir.

Müsahibə mərhələsində isə iştirak edən 137 namizəd uğur qazanmışdır.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
MİQ üzrə müsahibənin nəticələri elan olunub
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər