Husilərin ballistik raket hücumu səbəbindən Tel-Əvivdəki hava limanında uçuşlar dayandırılıb
Yəməndəki husilərin atdığı ballistik raket nəticəsində İsrailin Tel-Əviv şəhərində yerləşən Ben Qurion Beynəlxalq Hava Limanında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Far.Az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada bildirilib ki, Yəmən ərazisindən atılan raket səbəbilə ölkənin bir neçə şəhərində hava hücumu siqnalları səsləndirilib. Ordunun məlumatına görə, raket İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
İsrail mətbuatı hadisə ilə bağlı yazıb ki, təhlükəsizlik məqsədilə Tel-Əvivdəki Ben Qurion Hava Limanında bütün uçuşlar təxirə salınıb.
Qeyd edək ki, son aylar ərzində Yəməndəki husilər ilə İsrail arasında gərginlik artmaqda davam edir. Husilər daha öncə də İsrailə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirmişdi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Husilər Təl-Əvivdəki Ben-Qurion aeroportuna hücum ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib
-
Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır
-
Türkiyənin 21 bölgəsində əməliyyat! Tanınmış jurnalist də daxil olmaqla 200 NƏFƏR SAXLANILDI
-
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir













