Türkiyənin 21 bölgəsində əməliyyat! Tanınmış jurnalist də daxil olmaqla 200 NƏFƏR SAXLANILDI
Türkiyənin 21 bölgəsində qumar oyunları, rüşvətxorluq və çirkli pulların yuyulması ilə bağlı keçirilən əməliyyatlar zamanı 200 nəfər haqqında həbs qərarı verilib.
BAKU.WS xəbər verir ki, əməliyyat çərçivəsində jurnalist Rasim Ozan Kütahyalı da saxlanılıb. O, İstanbuldakı evində saxlanılıb.
Türkiyənin ədliyyə naziri Akın Gürlek əməliyyatla bağlı açıqlama verib.
O bildirib ki, Türkiyənin əhalisininiN və iqtisadiyyatının əmin-amanlığını təhdid edən cinayətkar təşkilata ağır zərbə vurulub;
"Adana Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 21 bölgədə eyni vaxtda keçirilən əməliyyatda qanunsuz qumar, rüşvətxorluq və çirkli pulların yuyulması ilə məşğul olan 200 şübhəli hədəf alınıb və bu, millətimizin və iqtisadiyyatımızın əmin-amanlığını təhdid edən cinayətkar təşkilata ağır zərbə vurub. Maliyyə Cinayətləri Araşdırma Şurasının (MASAK) hesabatları yolu ilə əldə edilən dəlillər maliyyə sistemində təxminən 100 milyard lirə və 2 milyard dollarlıq cinayətkar gəlirlərin yuyulduğunu göstərir".
Adana Baş Prokurorluğu əməliyyatla bağlı yazılı açıqlama yayıb.
"Adana Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaq Bürosu tərəfindən başlanan istintaq çərçivəsində və Adana Polis İdarəsinin Kiber Cinayətlər Bölməsi tərəfindən uzun müddətdir davam edən hərtərəfli istintaqın bir hissəsi olaraq, Türkiyədə cinayət törətmək üçün təşkilat yaratmaq, qanunsuz qumar oyunları, informasiya sistemlərindən istifadə edərək ixtisaslı fırıldaqçılıq, rüşvətxorluq və cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulması kimi cinayətləri hədəf alan genişmiqyaslı əməliyyat həyata keçirilib" -deyə açıqlamada qeyd edilib.
İstintaq faylı çərçivəsində aparılan MASAK təhlilləri və maliyyə araşdırmaları təxminən 100 milyard lirə və təxminən 2 milyard ABŞ dolları məbləğində şübhəli pul hərəkətləri və çirkli pulların yuyulması fəaliyyətlərini aşkar etmiş və təşkilatın milli və beynəlxalq miqyasda fəaliyyət göstərən peşəkar maliyyə cinayətləri təşkilatı kimi qiymətləndirilib.
Əməliyyat nəticəsində 221 əmlak, 120 nəqliyyat vasitəsi və 3 qayıq müsadirə edilib.
Şübhəlilər arasında 3 bank rəhbəri, 8 polis məmuru və 4 vəkil var.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Xalq artisti Rasim Balayev dəfn olundu
Xalq artisti Rasim Balayevlə vida mərasimi başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Jurnalist Rasim Ozan Kütahyalı barəsində həbs qərarı verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu













