Dağlara qar yağdı - Faktiki hava
Far.Az xəbər saytı

Dağlara qar yağdı - Faktiki hava


Noyabrın 6-sı saat 11:00-a olan faktiki hava açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Dağlıq ərazilərə - Daşkəsən, Kəlbəcər və Şahdağa isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 3, Kəlbəcərdə 2 sm-dir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Maştağada 18, Binədə 12, Bakıda 11, Sumqayıtda 4 mm-dir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı:

Şahbuz, Sarıbaşda (Qax) 12, Naxçıvan, Ordubad, Sədərək, Zaqatalada 9, Gədəbəy, Ağstafada 8, Şərur, Culfada 7, Xaçmazda 6, Qubada 5, Qusar, Balakəndə 4, Lerikdə 3, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Nefçalada 2, Naftalan, Ceyrançöl, Şəki, Oğuz, Şamaxı, Qobustan, Xızı, Xaltan, Qrız,Tərtər, Bərdə, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Şabran, Sabirabad, Saatlı, Ağdam, Goranboy, Biləsuvar, Astara, Yardımlıda 1 mm-dir.

Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə də arabir yağış yağıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Mingəçevirdə 28, Bakıda və Abşeron yarımadasında 26, Goranboyda 23, Naftalanda 22, Şabran, Tərtərdə 18 m/s-dək güclənir.

Şərur, Daşkəsən, Göygöl, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Altıağac, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Azərbaycanın bu bölgəsinə 150 sm QAR YAĞIB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər