Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Far.Az xəbər saytı

Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu əlamətdar tarix Azərbaycanın dövlətçilik salnaməsində xüsusi yer tutur, xalqın birliyinin gücünü, milli maraqlarını qorumaq əzmində sarsılmaz iradəsini təcəssüm etdirir.

Sizin nüfuzlu rəhbərliyinizlə Azərbaycan BMT Nizamnaməsinin fundamental prinsiplərinə və beynəlxalq hüququn normalarına əsaslanaraq ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini möhkəmləndirmiş, ölkənin gələcək davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycanın Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasəti beynəlxalq ictimaiyyətin dəstəyini qazanır. Sülh gündəliyinin irəli aparılması regionun bütün ölkələrinin maraqlarına cavab verir, onların iqtisadi inkişafı üçün yeni perspektivlər açır.

Yeni birgə layihələrlə ardıcıl olaraq zənginləşdirilən Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin yüksək səviyyəsini məmnunluqla qeyd edirəm. Əminəm ki, xalqlarımızın dostluq və qarşılıqlı hörmət telləri bundan sonra da möhkəmlənəcək, Qazaxıstan ilə Azərbaycan arasında çoxşaxəli əlaqələrin etibarlı təməli olaraq qalacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, rifah və qardaş Azərbaycan xalqının əmin-amanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər