Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Far.Az xəbər saytı

Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb


ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində avtomobil səkiyə çıxaraq səkkiz piyadanı vurub.

"Far.Az" xəbər verir ki, bu barədə "Fox" telekanalının yerli bölməsi şəhərin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Hadisə Arlinqton-Hayts rayonunda, Vaşinqton bulvarında baş verib. Tibb işçiləri hadisə yerində 10 nəfəri müayinə edib, onlardan səkkizi xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar arasında üç yaşlı uşaq da var.

İlkin məlumata görə, sedan markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə park edilmiş avtomobilə çırpılıb, daha sonra mağazanın girişinin yaxınlığında səkiyə çıxıb.

Şahidlərin sözlərinə görə, hadisə zamanı iki nəfər avtomobilin altında qalıb. Onların vəziyyəti barədə hələlik məlumat yoxdur.

Sürücü təhlükəli avtomobil idarə etməkdə şübhəli bilinərək saxlanılıb. Hüquq-mühafizə orqanları alkoqol və ya narkotik vasitələrin təsiri altında olmağı hadisənin səbəbi hesab etmirlər.

Sürücü isə avtomobilin əyləc sisteminin sıradan çıxdığını bildirib.

Hadisənin təfərrüatları araşdırılır.

Oxşar xəbərlər

Bakı bulvarında Çay Festivalı keçirilir
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
WUF13 Festivalı çərçivəsində Bakı Dənizkənarı Bulvarında "İctimai proqram" baş tutub
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər