"Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb
İspaniyanın "Real Madrid" futbol klubu 2022-ci ildən bəri ilk dəfə bütün turnirlərdə ardıcıl səkkizinci qələbəsini qazanıb.
"Far.Az" xəbər verir ki, sonuncu qələbəsini portuqaliyalı baş məşqçi Joze Mourinyonun rəhbərlik etdiyi komanda "La Liqa"nın 12-ci turunda səfərdə "Valensiya" üzərində qazanıb (3:0).
Daha əvvəl madridlilər ardıcıl olaraq "Vilyarreal" (1:0), "Roma" (4:3), "Sevilya" (4:1), "RB Leypsiq" (4:1), "Barselona" (2:1), "Rasinq Santander" (3:0) və "AEK" (3:2) ilə oyunlardan qalib ayrılıb.
Beləliklə, "Real" səkkiz qarşılaşmada 24 qol vurub, 8 qol buraxıb.
"Valensiya" üzərində qələbə sayəsində Madrid klubu xal sayını 30-a çatdırıb və turnir cədvəlində lider olan "Barselona"ya çatıb, lakin kataloniyalıların ehtiyatda oyunu qalmaqdadır. Belə ki, "Barsa" vurulmuş və buraxılmış qolların daha yaxşı fərqinə görə birinci yeri qoruyub saxlayır.
Sonuncu dəfə bütün turnirlərdə belə uzun qələbə seriyasını "Real" 2022/23 mövsümündə qeydə almışdı. O zaman Karlo Ançelottinin komandası ardıcıl doqquz matçda qələbə qazanıb.
Ançelotti həmçinin "Kral klubu"nun məşqçiləri arasında qələbə seriyasının müddətinə görə rekord sahibidir. "Bernabeu"da ikinci mövsümündə italyalı mütəxəssisin rəhbərliyi altında komanda 2014-cü ilin sentyabrından dekabrına qədər ardıcıl 22 qələbə qazanıb. Bu seriya Çempionlar Liqasının qrup mərhələsinin ilk günündə "Bazel"ə qarşı matçla başlayıb ("Bernabeu"da 5:1) və klublararası dünya çempionatının finalına və təqvim ilinin son oyununa təsadüf edən "San-Lorenso" ilə qarşılaşmayla (2:0) bitib. "Valensiya" 2015-ci ilin ilk görüşündə ("Mestalya"da 2:1) bu seriyaya son qoyub.
Oxşar xəbərlər
Xiaomi 17T seriyasını təqdim edir: iki ölçü, bütün xətt üzrə telefoto obyektiv və Leica Live Moment
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













