Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
Far.Az xəbər saytı

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib


10 May tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ağdam və Füzuli şəhərlərində tədbirlər həyata keçirilib. Bu əlamətdar günlə əlaqəli olaraq Ağdam şəhərindəki "Hilton Garden Inn Ağdam Hotel"-də və Füzuli şəhəri 1 nömrəli Mirzə Uluqbəy adına orta məktəbdə Heydər Əliyevin zəngin irsini və fəaliyyətini əks etdirən sənədli filmin təqdimatı baş tutacaq. Təqdimat saat 11:00-da Azərbaycan Respublikasının Dövlət Himni və Ulu Öndər Heydər Əliyev və Şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.

BAKU.WS xəbər verir ki, tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış edəcək. Eyni zamanda, burada iştirak edən Ağdamdan olan ziyalılar Ulu Öndərlə bağlı təəssüratlarını bölüşəcəklər. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "İz" sənədli filmi nümayiş olunacaq.

Həmçinin, Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü ilə alaqədar olaraq Ağdam şəhərində ağacəkmə aksiyası da həyata keçiriləcək. Aksiya Ağdam Mərkəzi Park ərazisində baş tutacaq. Burada 103 ağacın əkilməsi planlaşdırılır. Qeyd edək ki, Mərkəzi Parkın inşası prosesi də davam edir. 10 may tarixində burada əkilən ağaclar da layihəyə uyğun icra olunacaq.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər