ABŞ-də Konqresə aralıq seçkilərin ilkin nəticələri açıqlanır - Yenilənir
Far.Az xəbər saytı

ABŞ-də Konqresə aralıq seçkilərin ilkin nəticələri açıqlanır - Yenilənir


ABŞ-də Konqresin yeni üzvlərini və 36 ştatın qubernatorunu müəyyənləşdirəcək aralıq seçkilərdə səslərin sayılması davam edir.

"Report" "Associated Press"ə istinadən məlumatına görə, demokratlar; Kori Buker, Culiana Stratton, Kris Kuns, Con Ossoff və Mark Uorner müvafiq olaraq yenidən Nyu-Cersi, İllinoys, Delaver, Corciya və Virciniyadan ABŞ Senatına böyük fərqlə seçiliblər.

Demokratlar Partiyasının namizədləri həmçinin Massaçusets və Rod-Aylenddə ABŞ Senatına seçkilərdə qalib gəliblər.

Bundan əlavə, Demokratlar Partiyasının nümayəndəsi Debbi Vasserman-Şults Florida ştatının 20-ci Seçki Dairəsindən Nümayəndələr Palatasına seçkilərdə qalib gələrək Konqresdə 12-ci müddətə seçilib.

Hazırda demokratlar ABŞ Senatında 41 yerə, respublikaçılar isə 31 yerə sahibdirlər. Demokratlar Partiyasının nümayəndələri Konqresin Nümayəndələr Palatasına seçkilərdə də öndədirlər: 25 yerə qarşı 13 yer.

Noyabrın 3-də keçirilən seçkilərdə ABŞ Nümayəndələr Palatasının bütün 435 yeri və Senatın 35 yeri uğrunda mübarizə aparılır. Həmçinin, 36 ştatda qubernatorlar seçilir.

Demokratlar Senatda çoxluq qazanmaq üçün təmsilçiliklərini dörd, Nümayəndələr Palatasında isə üç yer artırmalıdır.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda hesab açılıb - YENİLƏNİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər