ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir – Yenilənir
ABŞ-də Demokratlar Partiyasının nümayəndələri Konqresə aralıq seçkilərdə liderlik edirlər.
"Far.Az"un "Associated Press"ə (AP) istinadən məlumatına görə, demokratlar hazırda Nümayəndələr Palatasında 77 yer, respublikaçılar isə 40 yer qazanıblar.
Demokratlar həmçinin qubernator vəzifələri uğrunda yarışlarda əsas rəqiblərini məğlub edirlər. Belə ki, materiallar dərc edildiyi vaxta qədər demokrat namizədlər 15 ştatda qalib gəliblər, respublikaçılar isə cəmi 10 ştatda seçiliblər.
ABŞ Senatında demokratlar 45 yerə, respublikaçılar isə 35 yerə sahibdirlər.
ABŞ-də Konqresin yeni üzvlərini və 36 ştatın qubernatorunu müəyyənləşdirəcək aralıq seçkilərdə səslərin sayılması davam edir.
"Far.Az" "Associated Press"ə istinadən məlumatına görə, demokratlar; Kori Buker, Culiana Stratton, Kris Kuns, Con Ossoff və Mark Uorner müvafiq olaraq yenidən Nyu-Cersi, İllinoys, Delaver, Corciya və Virciniyadan ABŞ Senatına böyük fərqlə seçiliblər.
Demokratlar Partiyasının namizədləri həmçinin Massaçusets və Rod-Aylenddə ABŞ Senatına seçkilərdə qalib gəliblər.
Bundan əlavə, Demokratlar Partiyasının nümayəndəsi Debbi Vasserman-Şults Florida ştatının 20-ci Seçki Dairəsindən Nümayəndələr Palatasına seçkilərdə qalib gələrək Konqresdə 12-ci müddətə seçilib.
Hazırda demokratlar ABŞ Senatında 41 yerə, respublikaçılar isə 31 yerə sahibdirlər. Demokratlar Partiyasının nümayəndələri Konqresin Nümayəndələr Palatasına seçkilərdə də öndədirlər: 25 yerə qarşı 13 yer.
Noyabrın 3-də keçirilən seçkilərdə ABŞ Nümayəndələr Palatasının bütün 435 yeri və Senatın 35 yeri uğrunda mübarizə aparılır. Həmçinin, 36 ştatda qubernatorlar seçilir.
Oxşar xəbərlər
ABŞ-də Konqresə aralıq seçkilərin ilkin nəticələri açıqlanır - Yenilənir
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda hesab açılıb - YENİLƏNİR
Rumıniya senatında Heydər Əliyevə həsr olunan tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
"Bank Respublika" və "AccessBank" arasında strateji əqd uğurla başa çatıb
-
Bakıda sabah 23 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.11.2026)













