Bakıda 37, rayonlarda 38 dərəcə isti olacaq - PROQNOZ
Far.Az xəbər saytı

Bakıda 37, rayonlarda 38 dərəcə isti olacaq - PROQNOZ




Avqustun 29-da Bakıda 37, rayonlarda 38 dərəcə isti olacaq.

Far.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

Far.Az

Oxşar xəbərlər

Bu həftə milli parklarda gözlənilən hava şəraiti açıqlanıb
Sabah Bakıda yağış yağacaq? - Proqnoz AÇIQLANDI
Sabah hava yağmursuz keçəcək, 39 dərəcə isti olacaq - PROQNOZ
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
Sabah yağış yağacaq - HAVA PROQNOZU

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər