Spirtli içki qəbul edəndə insanlar niyə qızarır?
Bəzi insanlar spirtli içki qəbul etdikdən sonra üzündə, boynunda və bədənində qızartılar əmələ gəlir.
Far.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu vəziyyət "spirt reaksiyası" və ya "alkoqol qızartısı" (alcohol flush reaction) adlanır.
Səbəbi isə orqanizmdə spirtin parçalanmasında iştirak edən ALDH2 adlı fermentin zəif fəaliyyət göstərməsidir. Bu fermentin çatışmazlığı nəticəsində asetaldehid bədəndə toplanır və bu maddə damarların genişlənməsinə, nəticədə isə dəri qızarmasına səbəb olur.
Qızarma ilə yanaşı, bu insanlar spirt qəbul etdikdə ürəkdöyünmə, baş ağrısı, ürəkbulanma və tərləmə kimi əlamətlər də yaşaya bilərlər.
Həkimlər bildirir ki, bu reaksiya sadəcə estetik problem deyil. Asetaldehidin yüksək səviyyədə toplanması uzunmüddətli dövrdə xərçəng, xüsusilə də qida borusu xərçəngi riskini artıra bilər. Ona görə də belə reaksiyalar müşahidə edən şəxslərə spirtli içkidən uzaq durmaq tövsiyə olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
DİQQƏT! Xərçəng xəstəliyinə tutulmamaq üçün bunları edin - FOTO - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib













