İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib
Far.Az xəbər saytı

İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselu Rebelu de Souzanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

Far.Az-in məlumatına görə, təbrikdə deyilir:

"Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah arzulayıram".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Zakir Həsənov Qurban bayramı münasibətilə ordunu təbrik edib
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər