Kamran Əliyev idarə rəisini işdən çıxardı, yenisini təyin etdi
Far.Az xəbər saytı

Kamran Əliyev idarə rəisini işdən çıxardı, yenisini təyin etdi


Azərbaycanın Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.

Far.Az teleqraf-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İsgəndərov Kamran Əlihəsən oğlu Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Digər əmrlə, həmin vəzifəyə Mirzəyev Abuzər Surəddin oğlu təyin olunub.

Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın Hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.

Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla, Bəhruz Əhmədov Baş prokurorun müavini-Hərbi prokuror təyin edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
FHN-in sabiq rəsmisi: "Tapşırdılar ki, işçilər öz xahişləri işdən azad edilmə ərizəsini yazsınlar"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər