"Google" əməkdaşlarına işdən könüllü çıxmaq üçün pul ödəməyə başladı
"Google" ABŞ-də yerləşən əsas bölmələrinin əməkdaşları üçün könüllü istefa qarşılığında kompensasiya proqramını genişləndirib.
Far.Az Oxu.Az-a istinadən məlumatına görə, proqram artıq "DeepMind", "Google Cloud", "YouTube" və reklam bölməsinin əməkdaşlarını da əhatə edir.
İlkin olaraq bu təşəbbüs 2025-ci ildə "Platforms & Devices" bölməsi üçün nəzərdə tutulmuşdu. Bu bölmədə, o cümlədən "Pixel" və "Android" komandalarında yaz aylarında geniş ixtisarlar həyata keçirilmişdi. Proqram çərçivəsində əməkdaşlara minimum 14 həftəlik əməkhaqqı qədər kompensasiya təklif olunur. İstefa qərarı üçün son tarix 1 iyul 2025-dir.
Eyni zamanda, "Google" ofisə gəlmə tələblərini sərtləşdirir. Sentyabrdan etibarən ofisdən 80 km radiusda yaşayan əməkdaşlar həftədə azı üç gün iş yerində olmalıdırlar.
Yeni qaydalara əməl etməyənlər kompensasiya ilə işdən azad oluna bilərlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Google" bu şəxslərə heç nə etməmələri üçün pul ödəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib













