İcbari sığorta şəhadətnaməsinin məzmunu dəyişdi – Yeni tələblər açıqlandı
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 28 dekabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər"də dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, şəhadətnamədə əks olunan standart məlumatlarla yanaşı, qeyd edilən məlumatlarda bir sıra dəyişikliklər edilib.
Bundan başqa, Şəhadətnamədə nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi ölkə, eləcə də yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinə münasibətdə icazə verilən maksimum kütlə və avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinə münasibətdə sərnişin yerlərinin sayı da əks olunacaq.
Həmçinin "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası"na uyğun olaraq sığorta haqqının hesablanması üçün sığorta müqaviləsinin müddəti, standart sığorta müqaviləsi bağlanarkən əlavə olaraq baza sığorta haqqı məbləği, Bonus-Malus əmsalı, avtonəqliyyat vasitəsinin növünə görə əmsal, sığortalının sürücülük təcrübəsi və yaşına görə əmsal, avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal, avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal, bənddə avtonəqliyyat vasitəsi sahibinin və (və ya) mülkiyyətçisinin hüquqi şəxs olmasına görə əmsal nəzərə alınacaq.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
Əraqçi: ABŞ-nin təhdidləri diplomatik prosesə mane olur













