Lavrov: Rusiya, Türkiyə, Suriya və İran Ankara və Dəməşq münasibətlərini müzakirə edəcək
Far.Az xəbər saytı

Lavrov: Rusiya, Türkiyə, Suriya və İran Ankara və Dəməşq münasibətlərini müzakirə edəcək


Rusiya, Türkiyə, Suriya və İran Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün bir araya gələcək.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT”də yayımlanan “Şərqə körpülər” proqramına müsahibəsində deyib.

Lavrovun sözlərinə görə, Suriya hökuməti hesab edir ki, Türkiyə kontingentinin ölkə ərazisindən çıxarılması prosedurunu dəqiq müəyyən etmək lazımdır, Ankara buna hazırdır, lakin konkret parametrlər hələ razılaşdırılmayıb.

“Türkiyə və Suriyanın hazırkı liderləri 2010-2011-ci ilə qədər, yəni ərəb baharı başlayana qədər çox isti şəxsi münasibətlərə malik idilər. Və hesab edirəm ki, bu məqam müsbət rol oynayacaq”, - nazir vurğulayıb.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Türkmənçay müqaviləsinin yarıya böldüyü, Nəbatinin dəfn edildiyi Azərbaycan şəhəri - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər