Rusiyada qəzaya uğrayan helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub - YENİLƏNİB
Rusiyada qəzaya uğrayan helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub.
Far.Az xəbər verir ki, bu barədə Rusiyanın operativ qurumları məlumat yayıb.
Bildirilir ki, helikopterin aşkarlanmış qalıqları qəza nəticəsində sağ qalanların olmadığını söyləməyə əsas verir.
Qeyd edək ki, göyərtəsində 22 nəfər olan Mi-8 helikopteri avqsutun 31-də Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.
Məlumata görə, helikopterdə 3 ekipaj üzvü, 19 turist olub.
Rusiya Futbol İttifaqının maliyyə direktoru Arseniy Zamyatinin də helikopterdə turistlər arasında olduğu bildirilir.
***
11:42
Rusiyanın Kamçatka vilayətində avqustun 31-də radardan itmiş helikopterin qalıqları tapılıb.
Far.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Helikopterin qəzaya uğradığı açıqlanıb.
Qeyd edək ki, göyərtəsində 22 nəfər (üç ekipaj üzvü və 19 sərnişin) olan Mi-8 helikopteri Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.
Oxşar xəbərlər
Rusiyada göyərtəsində 22 nəfərin olduğu helikopter qəzaya uğrayıb, helikopterin qalıqları tapılıb
Rusiyada göyərtəsində 22 nəfər olan helikopter radarlardan itib - YENİLƏNİB
Kamçatkada yoxa çıxan helikopterin göyərtəsində 22 nəfər olub - YENİLƏNİB
Kamçatkada itmiş Mi-8 helikopterinin axtarışlarına 40-dan çox xilasedici cəlb edilib
Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 nəfər tapılıb - VİDEO - YENİLƏNİB 3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
-
Bu deputatın mandatı ləğv edildi













