İtaliyalı müşahidəçi: Seçki prosesi şəffaf və demokratik şəkildə təşkil olunub
Hər şeydən əvvəl mən Azərbaycan xalqını təbrik etmək istəyirəm. Mən prezident seçkilərində də müşahidəçi kimi iştirak etmişəm və o zaman da, indi də insanların fəal iştirakını müşahidə etdim.
Far.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında italiyalı müşahidəçi Grupploni Nalke bildirib.
O deyib ki, seçki prosesi şəffaf və demokratik şəkildə təşkil olunub:
"Mən bundan əvvəlki seçki məntəqələrində də seçicilərin fəallığını müşahidə etmişəm və bu çox təqdirəlayiqdir. Bu, o deməkdir ki, Azərbaycan xalqı öz siyasi seçimlərinə böyük hörmətlə yanaşır və bunda aktiv iştirak edir. Bu da seçkilərin şəffaflığını göstərir. Bu həm də o deməkdir ki, Azərbaycan dövləti öz vətəndaşları və xüsusilə də gəncləri üçün öz gələcəklərini seçmək, gələcəklərini uğurlu şəkildə qurmaq üçün seçimlər etməyə geniş imkanları yaradır".
"Bu səhər seçki məntəqələrinin birində mən şəffaflığa nəzarət üçün barmaqlara tətbiq olunan mürəkkəbdən xahiş etdim ki, mənim də barmağıma vursunlar. Daha sonra prosesin şəffaflığını yoxlamaq üçün digər seçki məntəqələrində bunu yoxladım. Hər şeyin düzgün aparıldığının şahidi oldum”, - o qeyd edib.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib













