Moldovalı deputat: Seçkilər azad və konstruktiv şəraitdə keçir
"Seçkilər azad və konstruktiv şəraitdə keçir, indiyədək hər hansı qanun pozuntusu qeydə alınmayıb".
Bunu APA-nın müxbiri ilə söhbətində Moldova Parlamentinin deputatı, Moldova-Azərbaycan Dostluq Qrupunun rəhbəri Vitali Jakot bildirib.
Onun sözlərinə görə, seçkilər həm infrastruktur, həm sosial ünsiyyət, həm də təşkilatçılıq baxımından yaxşı hazırlanıb: "Bu, Azərbaycanda müşahidə etdiyim ilk seçkilər deyil. Birinci dəfə mən növbədənkənar prezident seçkilərini müşahidə etmək şərəfinə nail olmuşdum. O zaman mən Qarabağda olmuş, Xankəndi, Şuşa və Ağdamda seçkinin gedişatını müşahidə etmişdim. Bu dəfə isə Bakı və ətraf regionlarda seçki prosesini müşahidə etdim. Seçkilər azad və konstruktiv şəraitdə keçir, indiyədək hər hansı qanun pozuntusu qeydə alınmayıb. Mən həm Dairə Seçki komissiyalarının sədrləri və üzvləri ilə, həm də ayrı-ayrı siyasi partiyaların müşahidəçiləri ilə söhbət etmişəm. Eyni zamanda, bilavasitə seçicilərlə də danışmaq imkanım olub. Söhbət etdiyim seçicilərin hamısı qeyd etdilər ki, seçki məntəqələrinin ünvanlarını əvvəlcədən müəyyənləşdirib, rahatlıqla tapa biliblər. Yerlərdə dairə seçki komissiyalarının üzvləri ilə konstruktiv şəraitdə danışmışıq. Seçkilər həm infrastruktur, həm sosial ünsiyyət, həm də təşkilatçılıq baxımından yaxşı hazırlanıb".
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib













