Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib
15 Sentyabr - Bilik Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Akademiyanın rektor vəzifəsini icra edən Yusif Ağayev yeni dərs ilinin başlanması münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik edib, onlara tədris və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Nigar Vahabzadə çıxışında Konfederasiyanın elm və təhsil, eləcə də gənclərlə iş sahəsinə göstərdiyi diqqət və qayğını vurğulayıb. O, Akademiyada yaradılmış müasir tədris mühitinin və tələbələr üçün imkanların onların gələcək peşəkar inkişafına önəmli töhfə verəcəyini qeyd edib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ RK) sədri Araz Paşayev isə AƏSMA və ETİHİ RK arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən danışıb.
Araz Paşayev bir neçə məzununun ETİHİ RK-da çalışmasından məmnunluqla bəhs edib, bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini bildirib.
Tədbirdə çıxış edən valideynlər və tələbələr Akademiya, həmçinin yeni tədris ili ilə bağlı arzu və istəklərini ifadə ediblər.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Koç Universitetinin rektoru AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında olub
"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib
Miri Yusif bu şəkilləri ilə diqqət çəkdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO
-
Premyer Liqa: "Şamaxı" "Karvan-Yevlax"la, "Qarabağ" "Sabah"la üz-üzə gələcək













