Niderland Ukraynaya yeni yardım paketi ayırıb
Far.Az xəbər saytı

Niderland Ukraynaya yeni yardım paketi ayırıb


Niderland Ukraynaya 200 milyon avro məbləğində yeni yardım paketi ayırıb.

“Far.Az”un xəbərinə görə, bu barədə Niderlandın Baş naziri Dik Şuf Zaporojye şəhərinə səfəri zamanı “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Biz Ukraynaya kömək etmək üçün əlimizdən gələni etməliyik. Özü də təkcə cəbhədə yox, həm də gündəlik həyatda. Buna görə də Niderland 200 milyon avrodan artıq məbləğdə yeni yardım paketi təqdim edir”, - o qeyd edib.

Baş nazirin sözlərinə görə, vəsait ilk növbədə, enerji infrastrukturunun qorunması və təmirinə, eləcə də humanitar yardımın göstərilməsinə yönəldiləcək.

Bu, Dik Şufun Niderlandın baş naziri postunda Ukraynaya ilk səfəridir.

Oxşar xəbərlər

SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər