Min bir dərdin dərmanı sayılan payız meyvəsi - Narın gizli faydaları
Payız aylarında yetişən nar həm dadına, həm də sağlamlığa olan təsirinə görə mövsümün ən faydalı meyvələrindən sayılır.
Far.Az xəbər verir ki, narın tərkibindəki zəngin vitamin və minerallar orqanizmin payız və qış fəsillərinə uyğunlaşmasına kömək edir.
Nar C, B6 və K vitaminləri, həmçinin dəmir, kalium və antioksidant maddələrlə zəngindir. Bu xüsusiyyətlər sayəsində o, immun sistemini gücləndirir, soyuqdəymə və virus infeksiyalarına qarşı qoruyucu təsir göstərir.
Həkimlərin sözlərinə görə, narın müntəzəm qəbulu qan dövranını yaxşılaşdırır, ürək-damar xəstəliklərinin qarşısını alır, qanazlığı problemini aradan qaldırmağa kömək edir. Bundan başqa nar, həzm sisteminin fəaliyyətini tənzimləyir. Dərinin və saçın sağlam görünməsini təmin edir.
Mütəxəssislər xüsusilə payız mövsümündə hər gün bir stəkan təbii nar şirəsinin içilməsini tövsiyə edirlər. Bu, həm orqanizmi möhkəmləndirir, həm də bədənin gündəlik vitamin ehtiyacını təbii yolla qarşılayır.
Oxşar xəbərlər
Niyə həkimlər hər gün nar şirəsi içməyi məsləhət görürlər?
Bu növ ÇÖRƏKLƏR FAYDALIDIR
Hər gün əncir yeməyin inanılmaz faydaları - Lakin bu şəxslərə OLMAZ
Avqust ayında bu meyvə və tərəvəzləri yemək ömrü uzadır
Alça kimlərə olmaz?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib













