"Euronews": Biz Azərbaycanda həm də medianın inkişafını dəstəkləyirik
"Euronews"un Bakı Ofisinin direktoru Fernando Soares bildirib ki, qurum Azərbaycana yalnız öz mədəniyyətini, turizm və biznesini dünyada tanıtmağa dəstək vermir, eyni zamanda, medianın inkişafını dəstəkləyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, F.Soares bu barədə Bakıda "Euronews Academy" təlim proqramının açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, "Euronews Academy" təlim proqramının açılışı ölkədə medianın inkişafına dəstək vermək istiqamətində atılan çox vacib bir addımdır.
F.Soares bu gün Bakıda olmağın və belə bir proqramın açılışını etməyin onun üçün böyük bir şərəf olduğunu vurğulayıb:
"Bu, işimizin çox vacib bir hissəsidir. Biz Azərbaycana yalnız öz mədəniyyətini, turizm və biznesini dünyada tanıtmağa dəstək vermirik, eyni zamanda, medianın inkişafını dəstəkləyirik və bu açılış mərasimi ölkədə media inkişafına dəstək vermək istiqamətində atdığımız çox vacib bir addımdır. Proqram TV jurnalistikası haqqında olacaq, xəbərlərin, xəbər bülletenlərinin hazırlanması və canlı yayımları əhatə edəcək".
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda Zəfər muzeyinin açılışı olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













