Polis Akademiyası IX–XI sinif şagirdləri ilə təbliğat-təşviqat tədbirləri keçirir
Polis Akademiyasının əməkdaşları tərəfindən həm paytaxtda, həm də müxtəlif bölgələrdə yerləşən məktəblərin müəllim və IX–XI sinif şagirdləri ilə keçirilən maarifləndirici görüşlər davam etdirilir.
Bu barədə Far.Az-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təbliğat xarakterli tədbirlərdə şagirdlərə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil imkanları, tədris prosesi, Akademiyanın tarixi və daxili işlər orqanlarında xidmətin üstünlükləri haqqında ətraflı məlumatlar verilir.
Görüşlərdə iştirak edən şagirdlər təhsil müəssisəsində mövcud sosial təminatlar – geyim, yataqxana şəraiti və tətbiq olunan müasir tədris texnologiyaları ilə də tanış edilirlər.
Şagirdlərə "Hüquqşünaslıq" və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə qəbul şərtləri geniş şəkildə izah olunur, Akademiyanın fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilir və məlumatlandırıcı lifletlər təqdim edilir.
Polis Akademiyasının keçirdiyi bu tədbirlər şagirdlər tərəfindən maraqla qarşılanır, sənəd qəbulu və onları maraqlandıran digər suallar cavablandırılır.
Qalereya
Oxşar xəbərlər
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı
-
Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir













