Sağlam işıq mühiti üçün tövsiyələr - mütəxəssis açıqladı
Evdə düzgün işıqlandırma təkcə rahatlıq deyil, həm də sağlam yaşayış mühitinin vacib hissəsidir. Premium işıqlandırma brendi Fluorite-in layihə şöbəsinin rəhbəri Anjela Pşixaçeva ekoloji işıqlandırmanın nə olduğunu və seçim zamanı nələrə diqqət edilməli olduğunu açıqlayıb.
Far.Az xəbər verir ki, Pşixaçevanın sözlərinə görə, ekoloji işıqlandırma anlayışı genişdir və yalnız təbii materiallardan hazırlanan lampaları əhatə etmir. Buraya işıq cihazlarının enerji səmərəliliyi, uzunömürlülüyü və düzgün utilizasiyası da daxildir. Mütəxəssis qeyd edib ki, dünyada elektrik enerjisinin təxminən 20%-i, Rusiyada isə yaşayış sektorunda 25%-ə qədəri məhz işıqlandırmaya sərf olunur. Bu səbəbdən enerji qənaətli lampaların seçimi həm xərcləri, həm də ekoloji yükü azaldır.
Ekspert bildirir ki, sağlam işıq mühiti yaratmaq üçün göz yormayan, parıltısı minimal və təbii işığa yaxın rəng spektri verən LED lampalar daha uyğundur.
Onun sözlərinə görə, ekoloji işıqlandırmanın əsas meyarları bunlardır:
-təhlükəsiz və davamlı materiallardan hazırlanması,
-yüksək enerji qənaəti,
-tullantı kimi düzgün utilizasiya oluna bilməsi.
Pşixaçeva vurğulayır ki, düzgün seçilmiş işıqlandırma həm ətraf mühitin qorunmasına, həm də ev sakinlərinin fiziki rahatlığına müsbət təsir göstərir.
Oxşar xəbərlər
Cibi də yandırır, evi də - Közərmə lampalarına qoyulan QADAĞA səmərə verəcək?
Bahalaşan tendesiyada ağıllı İnvestisiya - Premium mənzillər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib













